"Paris Sen-Jermen" klubu baş məşqçi Luis Enrikeyə futbol tarixində görünməmiş bir müqavilə təklif etməyi ciddi şəkildə nəzərdən keçirir.

Offsideplus.az xəbər verir ki, məlumata görə, PSJ ispan mütəxəssislə “ömürlük müqavilə” bağlamaq niyyətindədir.

Bu razılaşma reallaşacağı təqdirdə, futbol tarixində ilk dəfə hər hansı məşqçiyə bu formatda müqavilə təqdim olunmuş olacaq. Klub rəhbərliyi Luis Enrikenin komandaya gətirdiyi oyun fəlsəfəsi, sabitlik və uzunmüddətli layihəyə uyğunluğu yüksək qiymətləndirir.