"Marsel" sabiq hücumçusu Pyer-Emerik Obameyanqı yenidən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, tərəflər razılaşmağa yaxındır. Qabonlu hücumçunun klubu "Əl-Kadisiya" onun gedişinə mane yaratmayacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Obameyanq 2023/24 mövsümündə "Marsel"in formasını geyinib. O, burada 51 oyunda 30 qol vurmağı bacarıb.