"Lion" klubu bu ayın 10-na qədər 100 milyon avro tapmalıdır.

Offsideplus.az xəbər verir ki, Fransa nəhəngi aşağı liqaya yuvarlanmamaq üçün bu məbləği təmin etməlidir. Lakin yalnız bu məbləğ də onlara kömək etməyəcək. Onlar həmçinin qarşıdan gələn mövsüm üçün əlavə 100 milyon avro zəmanət verməlidirlər.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Lion" aşağı liqaya düşmək təhlükəsi ilə üz-üzədi. Fransa klubu artıq bu məbləği toplamaq üçün bəzi oyunçularını satışa çıxarıb.