Pol Poqbanın yeni klubu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, fransız yarımmüdafiəçi "Monako" ilə anlaşıb. Müqavilənin müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub.

Sözləşmənin şərtləri dəqiqləşəndən sonra Poqba Monakoya yola düşəcək və keçid rəsmiləşəcək. Pol bu həftə ərzində tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 32 yaşlı oyunçunun son klubu İtaliya "Yuventus"u olub. O, 2024-cü ilin dekabrından bəri klubsuz idi.