"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını Fransada davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, türkiyəli çərçivə qoruyucusu "Monako"ya transfer olmağa yaxındır. Fransa klubu onun üçün Qaradəniz təmsilçisinə 12 milyon avro və əlavə bonuslar ödəyəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
U. Çakır 2014-cü ildən bəri "Trabzonspor"un əsas komandasında çıxış edir. O, burada ümumilikdə 288 oyuna çıxıb.