"Lion"un futbolçusu Rayan Şerki bu yay komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, Fransa klubu "Mançester Siti"nin 21 yaşlı vinger üçün göndərdiyi təklifi geri çevirib. "Şəhərlilər" ikinci dəfə təklif irəli sürəcək.
Bir çox Avropa klublarının hədəfində olan Rayan "Lion" və "Mançester Siti" arasında razılıq əldə edilməsini gözləyir.
Qeyd edək ki, Fransanın Millətlər Liqasının yarımfinalında İspaniyaya məğlub olduğu oyuna sonradan daxil olan Rayan Şerki matçda fərq yaratmağı bacarmış, bir qol, bir assistə imza atmışdı.