“Lion” artıq yeni futbolçuların qeydiyyatını aparmaq hüququnu yenidən əldə edib.

Offsideplus.az “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, FİFA klubun üzərindəki üç transfer pəncərəsi müddətində qüvvədə olan transfer qadağasını ləğv edib. Səbəb isə fransızların Niderland təmsilçisi “Herenven” qarşısında 2 238 avro məbləğindəki borcu tam şəkildə ödəməsidir. Borc, 2023-cü ilin yanvar ayında Amina Sarrın transferi ilə bağlı kompensasiya faizi olaraq yaranmışdı.

“Herenven” tərəfi artıq klubun bütün öhdəlikləri yerinə yetirdiyini təsdiqləyib. Bununla da FİFA “Lion”a tətbiq edilən cəzanı rəsmən ləğv edib.

Qeyd edək ki, “Lion” ötən mövsüm Fransa Liqa 1-də 57 xal toplayaraq turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandaya hazırda portuqaliyalı mütəxəssis Paulu Fonseka rəhbərlik edir.