Sabiq "Qalatasaray"lı LGBTQ-yə dəstək olmadığı üçün cəzalandırılacaq.
Offsideplus.az xəbər verir ki, söhbət "Nant"ın oyunçusu Mustafa Mohameddən gedir. Misirli hücumçu Fransa klubunun LGBTQ-yə dəstək məqsədilə keçirdiyi yoldaşlıq oyununda iştirak etməkdən imtina edib.
Bu addımına görə "Nant" klubu futbolçunu ağır məbləğdə cərimələyəcək. Həmin pul cəzası isə xeyriyyə təşkilatına ianə ediləcək.