Fransanın "Marsel" klubunun prezidenti Pablo Lonqoriya cəzasi başa çatan Pol Poqbanın mümkün transferi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı funksioner bunun baş tutmayacağını deyib:

"Bu mövsüm Pol Poqbanı azad agent kimi almamağa qərar verdik. Söhbətlərimiz oldu, ancaq sonra onun sağalma müddətinin komandanın tarazlığını poza biləcəyini düşündük".

Xatırladaq ki, fransalı futbolçuya verilən dopinq cəzası bu ay başa çatıb. O, artıq meydanlara qayıda bilər.