Fransanın "Lion" klubunun rəhbərliyi PSJ-nin hücumçusu Xviça Kvaratsxeliyadan şikayət edib. 

Offsideplus.az xəbər verir ki, Fransa Peşəkar Futbol Liqasının Hüquq Komitəsinə (LFP) göndərilən şikayətdə qayda pozuntusu qeydə alındığı bildirilib.

"Lion"un prezidenti və sahibi Con Tekstorun imzaladığı sənəddə bildilir ki, Kvaratsxeliya xarici subsiyadalar sayəsində PSJ-ə transfer olunub ki, bu da LFP qaydalarına ziddir. İddiaya görə, gürcü futbolçunun keçidinə və qeydiyyatına icazə verilməsi mövcud reqlamentin müddəalarını pozur.

Əsliində, "Lion" rəhəbrliyinin bu şikayəti PSJ rəsmilərinin bir müddət öncə atdıqları addıma cavab xarakteri daşıyır. Belə ki, Paris təmsilçisi oxşar iddianı əsas götürərək, "Botafoqo"dan icarəyə götürülən "Lion"un hücumçusu Tyaqo Almadadan şikayət edib. Maraqlıdır ki, həm "Lion", həm də "Botafoqo"nun sahibi eyni şəxs - Con Tekstordur.