Təyyar qəzasında həlak olan Emiliano Salanın ailəsi məhkəməyə müraciət edib.
Offsideplus.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı hücumçunun ailəsi "Nant" və "Kardiff"ə qarşı məhkəmə davası açıb.
Argentinalı oyunçunun ölümü ilə bağlı Bornmutda araşdırma keçirilsə də, gələn ilədək istintaq işləri baş tutmayacaq. Salanın ailəsi bu gün 13 müttəhimə qarşı mülki məhkəmə prosesi başladıb. Ailənin vəkilləri, "qanuni hüquqlarını qorumaq" üçün yüksək məhkəmə əməliyyatına başladıqlarını bildirib.
Qeyd edək ki, ölümündən cəmi üç gün əvvəl imzaladığı "Kardiff Siti" klubu və onu 15 milyon funt-sterlinqə satan sabiq klubu "Nant" məhkəmə qarşısında cavab verməli olacaq.
Xatırladaq ki, 2019-cu ilin yanvar ayında Fransanın “Nants” klubundan “Kardif Siti”yə transfer olan Emiliano Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.


