PSJ futbolçuları Liqa 1 çempionluğu münasibəti ilə bahalı hədiyyə etməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, Fransa klubu qızıl örtüklü eksklüziv əşyalar istehsal edən "I Design Gold" şirkətinə eksklüziv mükafatlar hazırladır. Oyunçulara 24 qat qızılla örtülmüş, adları və forma nömrələri yazılmış telefonlar veriləcək.

 "I Design Gold" "İnstagram" hesabından fotolar paylaşıb.

Qeyd edək ki, koronavirusa görə vaxtından əvvəl yekunlaşdırılan Liqa 1-də ən yaxın izləyicisindən 12 xal öndə olan PSJ çempion elan edilib.