Çempionlar Liqasının son qalibi olan “Paris Sen-Jermen” baş məşqçisi Luis Enrike ilə yeni müqavilə danışıqlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssisin Paris təmsilçisi ilə hazırkı sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Klub rəhbərliyi komandanın son uğurlu çıxışlarını və sabit inkişafını nəzərə alaraq, Luis Enrike ilə uzunmüddətli əməkdaşlıqda maraqlıdır.


