PSJ klubu Usman Dembeleyə yeni müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, Paris təmsilçisi futbolçuya mövsümlük 30 milyon avro maaş təklif etsə də, oyunçu və onun ətrafı bu təklifi qəbul etməyib.
Dembele tərəfi müqavilənin uzadılması üçün ikiqat maaş — illik 60 milyon avro tələb edir. Bu isə hazırda PSJ üçün ciddi sual işarəsi olaraq qalır.
Bu arada Paris klubu bu gün Liqa 1 çərçivəsində LOSC (Lill) ilə qarşılaşacaq. Oyunöncəsi Dembele ilə bağlı vəziyyət gündəmin əsas mövzularından biri olaraq qalır.


