Formula 1 üzrə "Red Bull" komandası növbəti il üçün Maks Ferstappenə yeni komanda yoldaşı gətirəcək.

Offsideplus.az xəbər verir ki, Yuki Tsunodanı İzak Hacar əvəz edəcək.

Bu barədə jurnalist Erik van Haren məlumat yayıb.

"Red Bull"un pilot komandası "Reysinq Bullz"da isə Hacarın yerinə Arvid Lindblad gələcək.

18 yaşlı Lindblad cari mövsüm Formula 2-də 121 xalla 6-cı yeri tutub.

Y. Tsunoda gələn il F1-də olmayacaq.