Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun "Ferrari" komandasını 2026-cı ildə liderlik üçün ciddi namizəd adlandırıb.

Offsideplus.az xəbər verir ki, britanıyalı bunları deyib:

"Ferrari"ni izləyin! Ümid edirəm ki, onlar öz sözünü deyəcək. Əgər "Ferrari" çempion olsa, bu, Formula-1 üçün mütləq faydalı olacaq".

Ekklstoun həmçinin Lyuis Hemiltonun potensial səkkizinci çempionluğu barədə də fikirlərini bölüşüb:

"Görünür ki, o, təslim olmaq istəmir və buna nail olana qədər getmək niyyətində deyil. Bəlkə də, bu il buna nail olacaq. Bu, möhtəşəm bir hekayə olardı".