Boks üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, yığmanı özbəkistanlı Rövşən Xaçayev çalışdıracaq.

Mütəxəssis bu gün federasiyanın keçirdiyi iclasda idmançılara təqdim olunub.

Özbəkistanlı baş məşqçi də öz növbəsində Azərbaycan boksunun inkişafı üçün var gücü ilə çalışacağını, bilik və təcrübəsini bu işə sərf edəcəyini bildirib.