Parisdə keçirilən Olimpiadada uğursuzluğa düçar olan Mariya Stadnik çıxışını dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, güləşçimiz şəxsi instaqram hesabında bunları paylaşıb:
"Mən idmanda artıq tarix yazmışam: 4 dəfə olimpiya medalı. İnsan planlaşdırır. Amma Allah hər zaman bizim üçün ən yaxşısını bilir. 17 il ərzində böyük qürurla Azərbaycanı təmsil etdim. Bu yolda məni dəstəkləyən, mənimlə olan hamıya təşəkkür edirəm. İndi isə başqa bir tarix yazmağın vaxtıdır".