Dünya Güləş Birliyi (UWW) Olimpiya Oyunlarında ən çox pəhləvanla təmsil olunacaq ölkələrin siyahısını dərc edib.
Offsideplus.az xəbər verir ki, siyahıya ABŞ başçılıq edir. Onlar 16 idmançı ilə PARİS-2024-də çıxış edəcəklər.
İkinci yerdə Yaponiya (13) qərarlaşdığı halda, Çin (13) ilk "3-lüy"ü tamamlayır.
Azərbaycan isə 4-cüdür. Komandamız olimpiadada 12 güləşçi ilə təmsil olunacaq.
Siyahı belədir:
1. ABŞ - 16
2. Yaponiya - 13
3. Çin - 12.
4. Azərbaycan - 12.
5. İran - 11.
6. Misir - 11.
7. Türkiyə - 11.
8. Kuba - 10.
9. Qırğızıstan 10.
10. Molqolıstan - 9.
Xatırladaq ki, sərbəst güləşçilər - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomedov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq) qızıl medalları qazanmağa çalışacaqlar. Yunan-Roma millimizin heyəti isə belədir: Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq). Qadın güləşində isə Azərbaycanı Mariya Stadnik (50 kq) təmsil edəcək.