Serbiyanın Novi Sad şəhərində keçiriləcək güləş üzrə U-20 Avropa çempionatı sabah start götürəcək.
Offsideplus.az xəbər verir ki, qitə birinciliyinin ilk günlərində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında yunan-Roma güləşçilərimiz çıxış edəcək. Heyətdə Rahim Həsənov (55 kq), Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq), Mahir Qurbanlı (97 kq) və Məzaim Mərdanov (130 kq) yer alıb.
Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq. Böyük məşqçi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Elvina Kərimzadə (50 kq), Əsmər Cankurtaran (53 kq), Nərgiz Səmədova (55 kq), Gülər Həbibova (57 kq), Ruzanna Məmmədova (59 kq) və Fatimə İsayeva (68 kq) uğur qazanmağa çalışacaq.
Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Nurudin Maqomedqadjiyev (79 kq), Sadiq Mustafazadə (86 kq), Anar Cəfərli (92 kq), Xetaq Karsanov (97 kq) və Yusif Dursunov (125 kq) güləşəcək.
U-20 Avropa çempionatında I kateqoriyalı hakimlərimizdən Natiq Hacıyevlə Vüqar Şükürov ədaləti qoruyacaq.