Qadın güləşçimiz Elis Manolova Bolqarıstanın paytaxtı Sofiyadakı Dünya Olimpiya Təsnifat Turnirində səhhəti ilə bağlı final görüşünə çıxmayıb.

Offsideplus.az xəbər verir ki, buna görə 68 kq çəki dərəcəsində çıxış edən idmançıya texniki məğlubiyyət verilib. O, gümüş medalla kifayətlənib.

25 yaşlı güləşçi həlledici qarşılaşmada Mimi Xristova (Bolqarıstan) ilə üz-üzə gəlməli idi.

Xatırladaq ki, Manolova finala yüksəlməklə, Tokio olimpiadasına vəsiqəni təmin edib.