Həmyerlimiz Rusiyada çempion olub.
Offsideplus.az xəbər verir ki, 66 kiloqramda yarışan Kənan Quliyev MMA döyüş növü üzrə "Kolizey" turnirinin qalibi adını qazanıb. Kənan rəqibini çıxılmaz vəziyyətə salandan sonra qələbəni Azərbaycana və azərbaycanlılara həsr etdiyini açıqlayıb: "Bu gün - 18 oktyabrda çempion tituluna sahib oldum. Bu qələbəni vətənim Azərbaycana və Müstəqillik Gününü qeyd edən azərbaycanlılarıma həsr edirəm. Xüsusən də cəbhədə ermənilərə qarşı döyüşən əsgərlərimizə. İnşallah, Qarabağdan qələbə xəbəri eşidərik".