Slovakiyanın paytaxtı Bratislavada keçirilən güləş üzrə Avropa çempionatı bu gün gərgin və maraqlı idman mübarizəsinə səhnə olub.

Offsideplus.az xəbər verir ki,  Azərbaycanın yunan-Roma güləşi yığmasının 9 üzvü bu gün qüvvəsini sınayıb.

Onlardan 5-i yarışda ilk görüşlərini keçirib. Digər 4 idmançımız isə dünən mübarizəyə qoşulub və bu gün medal qazanmaq üçün yarışıblar.

Nəticədə milli komandamız bu gün 1 gümüş və 1 bürünc medal qazanıb. Sabah daha 4 mükafat əldə edə bilərik.

60 kq

1/8 finaı: Nihat Məmmədli - Yustas Petraviçyus (Litva) 9:0

1/4 final: Nihat Məmmədli - Amiran Şavadze (Gürcüstan) 9:0

1/2 final: Nihat Məmmədli - Viktor Çobanu (Moldova) 8:0

Güləşçimiz sabah Serbiya təmsilçisi Georgi Tibilovla üz-üzə gələcək

67 kq

1/8 final: Həsrət Cəfərov  - Andreas Feç (İsveçrə) 8:0

1/4 final: Həsrət Cəfərov - Coni Xetsuriani (Gürcüstan) 4:1

1/2 final: Həsrət Cəfərov - Murat Fırat (Türkiyə) 8:0

Həmyerlimiz sabah finalda Abu Muslim Amayevlə (Bolqarıstan) görüşəcək

72 kq, 1/8 final: Ülvi Qənizadə - Levente Levai (Macarıstan) 4:6

Ülvinin rəqibi finala çıxdığına görə, o, sabah təsəlliverici görüşlərə qatılmaq hüququna yiyələnib

82 kq

1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 3:1

1/4 final: Qurban Qurbanov - İslam Əliyev (UWW) 2:1

1/2 final: Qurban Qurbanov - Qela Bolkvadze (Gürcüstan) 4:0

Qurban Avropa çempionu olmaq üçün sabah macar Erik Szilvassini məğlub etməlidiir

97 kq

Təsnifat mərhələsi: Murad Əhmədiyev - Beytulla Kayısdağ (Türkiyə) 12:3

1/8 final: Murad Əhmədiyev - Mindauqas Venkaytis (Litva) 5:5 (xalların keyfiyyətinə görə təmsilçimiz məğlub olub)

Murad çempionatı əliboş başa vurub

Dünən mübarizəyə qoşulan güləşçilərimizdən 4-ü bu gün medallarına qovuşa bilərdi.

55 kq, final: Eldəniz Əzizli - Emin Seferşayev (UWW) 1:1 (xalların keyfiyyətinə görə həmvətənimiz məğlub olub, gümüş medalla kifayətlənib)

63 kq, bürünc medal uğrunda görüş: Murad Məmmədov - Vitaliy Yeremeko (Moldova) - tuşe, V.Yeremenko qalib gəlib

Murad 3:2 irəlidə olarkən, növbəti fənd tətbiqini uğursuz edib və onun kürəyi xalçaya dəyib, bu isə rəqibin vaxtından qabaq təmiz qələbəsi deməkdir

87 kq, bürünc medal uğrunda görüş: İslam Abbasov - Yaroslav Filçakov (Ukrayna) 2:1

130 kq

Təsəlliverici görüş: Beka Kandelaki - David Ovasapyan (Ermənistan) 2:0

Bürünc medal uğrunda döyüş: Beka Kandelaki - Yello Kramer (Almaniya) 1:1 (xalların keyfiyyətinə görə təmsilçimiz uduzaraq, əliboş qalıb)

Beləliklə, Azərbaycan milli komandası medallarının sayını 9-a çatdırıb.

Artıq çıxışını başa vuran 10 sərbəst güləşçimizdən 6-sı fəxri kürsüyə yüksəlib. Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medal qazanıb.

Yarışda iştirak edən 4 qadın güləşçimizdən isə biri - Jalə Əliyeva (57 kq) bürünc medalla kifayətlənib.