Azərbaycan güləşi tarixi hadisənin astanasındadır.

Offsideplus.az xəbər verir ki,15 yaşadək güləşçilər arasında ölkə çempionatı ilk dəfə Gəncədə təşkil olunacaq.

Həm sərbəst, həm də yunan-Roma növləri üzrə keçiriləcək yarış martın 3-də Gəncə İdman Sarayında start götürəcək. 

Birinciliyi beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər. Gəncəyə Türkiyə və Gürcüstandan dəvət edilmiş hakimlər təşrif buyuracaqlar.

Proqrama əsasən, çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək. Görüşlər hər gün saat 10-da başlanacaq. Yarış milli komandalara seçmə xarakteri daşıyır.

Ölkə birinciliyinin proqramı:

3 mart

Sərbəst güləş: 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq.

4 mart

Sərbəst güləş: 41 kq, 48 kq, 57 kq, 68 kq, 85 kq.

5 mart

Yunan-Roma güləşi: 38 kq, 44 kq, 52 kq, 62 kq, 75 kq.

6 mart

Yunan-Roma güləşi: 41 kq, 48 kq, 57 kq, 68 kq, 85 kq.