Boks üzrə mütləq dünya çempionu titulunu həmyerlisi Dmitri Bivol ilə revanşda itirən Artur Beterbiev rəqibini təbrik edib və azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Offsideplus.az xəbər verir ki, o, bununla bağlı açıqlama verərək bunları söyləyib:
"Layiqli rəqiblə yaxşı döyüş oldu. Bu yolda mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Amma idman idmandır. Biz mütləq daha da güclü qayıdacağıq. Allahın planları həmişə bizdən daha yaxşıdır”.
Qeyd edək ki, ötən həftə sonu Ər-Riyadda keçirilən boks axşamında on iki raunddan sonra səs çoxluğu ilə Bivola uduzaraq, Beterbiev peşəkar karyerasında ilk məğlubiyyətini aldı. Keçən ilin oktyabr ayında isə, Beterbiev WBC, IBF, WBO, WBA, IBO və "The Ring" titullarını birləşdirərək Bivolu 116-112, 115-113 və 114-114 hesabları ilə məğlub edərək yüngül ağır çəkidə boks üzrə şəksiz dünya çempionu olmuşdu.