Azərbaycanın MMA üzrə ilk peşəkar liqası ASED FIGHTING CHAMPIONSHIP-in təşkilatçılığı ilə Bakıda ASED15 turniri keçirilib.
Offsideplus.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində təşkil olunan yarışda azarkeşlər 14 döyüş izləyiblər.
Turnirin nəticələri:
1. 60.0 kq: Xanım Bəşirova – Zeynəb Hüseynli
Xanım Bəşirova hakimlərin fərqli qərarı ilə qalib gəlib
2. 54.5 kq: Əhmədağa İbrahimov - Əhməd Abbasov
Əhmədağa İbrahimov hakimlərin qərarı ilə qalib gəlib
3. 68.0 kq: Elvin Kamilli - Əlikərim Abdürrəhmanlı
Elvin Kərimli 1-ci raundun 10-cu saniyəsində nokautla qalib gəlib
4. 62.0 kq: Əziz Əzizi - Atamalı Xankişiyev
Atamalı Xankişiyev 2-ci raundun 3-cü dəqiqəsində boğucu fəndlə qalib gəlib
5. 58.5 kq: Tural Feyzullayev – Mehrab Məmmədzadə
Mehrab Məmmədzadə 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib
6. 64.0 kq: Sexavət Rzayev - Hüseyn Əhmədov
Hüseyn Əhmədov 2-ci raundunda 3-cü dəqiqəsində texniki nokautla qalib gəlib
7. 64.0 kq: Tehran Ümidxanov - Vüqar Feyzullayev
Vüqar Feyzullaev 1-ci raundun 3-cü dəqiqəsində boğucu fəndlə qalib gəlib
8. 68.0 kq: Yusif Əliyev – Teymur Ələkbərov
Yusif Əliyev hakimlərin qərarı ilə qalib gəlib
9. 70.0 kq: Arzu Kərimov – Amil Mustafayev
Amil Mustafayev 1-ci raundun 2-ci dəqiqəsində texniki nokautla qalib gəlib
10. 58.5 kq: Ədalət Zeynalov - Namik Ağabalayev
Ədalət Zeynalov hakimlərin qərarı ilə qalib gəlib
11. 72.5 kq: Vasif Əhlimanov - Murad Əhmədov
Vasif Əhlimanov hakimlərin qərarı ilə qalib gəlib
12. 75.0 kq: Fərhad Əhmədov - Əli Şərifov
Fərhad Əhmədov hakimlərin qərarı ilə qalib gəlib
13. 66.3 kq: Qədir Müslünzadə – Şamil Adibayev
heç-heçə
14. 61.7 kq: Həsən Həsənov - Elmir Cəfərov (əsas döyüş)
Həsən Həsənov 1-ci raundun 4-cü dəqiqəsində nokautla qalib gəlib
Qaliblər bu ilin mayında ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq beynəlxalq turnirə vəsiqə qazanıblar.
Əsas döyüşün qalibi Həsən Həsənov isə ASED liqasının kəməri uğrunda döyüşmək hüququna yiyələnib. Onun rəqibi Rahil Bağırov olacaq.