Bu gecə ABŞ-ın Sietl şəhərində UFC Fight Night 252 turniri keçiriləcək. 

Offsideplus.az xəbər verir ki, yarışın proqramına 12 döyüş daxil edilib.

Öncə Bakı vaxtı ilə gecə saat 2-də ilkin kartın qarşılaşmalarına start veriləcək. Turnirdə Azərbaycan təmsilçisi olmasa da, qarışıq döyüş növlərini sevən həmyerlilərimiz türkiyəli İbo Aslanı dəstəkləyəcəklər. 92,98 kq çəkiyə malik İbo ilkin kartda Moldova idmançısı İon Kutselaba ilə qüvvəsini sınayacaq. 28 yaşlı türk indiyədək keçirdiyi 15 döyüşün 14-də qalib gəlib, 1 dəfə uduzub. 

Gecənin əsas kartında isə 5 döyüş baş tutacaq. Bu mərhələnin ən maraqlı görüşü sabiq dünya çempionları Henri Sexudo və Sonq Yadonq arasında gözlənilir. Əsas kartın döyüşləri Bakı vaxtı ilə səhər saat 6-da başlanacaq.

UFC Fight Night 252

Əsas kart

Henri Sexudo - Sonq Yadonq

Brendan Allen - Entoni Hernandes

Jan Silva - Melsik Baqdasaryan

Rob Font - Jan Matsumoto

Andre Fili - Melkizael Kosta

İlkin kart

İon Kutselaba - İbo Aslan

Riki Saymon - Cadiv Başarat

Mansur Abdul Malik - Nik Kleyn

Raffael Serkeyra - Modestas Bukauskas

Alonzo Menifild - Culius Uoker

Erik Makkoniko - Nursulton Ruziboyev

Nikolay Veretennikov - Austin Vanderford