Ötən həftə Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin qalibi Zelim Tskayev Azərbaycan yığmasının heyətindən kənarlaşdırılıb.

Offsideplus.az xəbər ki, 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək növbəti "Böyük Dəbilqə"yə aparılmayacaq.

Səfərə cəmi 3 cüdoçu aparılacaq. Bunlar Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60) və Yaşar Nəcəfovdur (66 kq). 

Daşkənddəki "Böyük Dəbilqə" 28 fevral-2 mart aralığında gerçəkləşəcək.