"Mən bu ideyanı dəstəkləmirəm. Peşəkar boksda bir daha belə şeylər görmək istəmirəm".
Offsideplus.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Əyləncə üzrə Baş Təşkilatının rəhbəri Turki Əl-Şeyx deyib.
O, peşəkar boksçuların yeniidən 15 raund döyüşməsi ideyasının qaytarılması ilə bağlı müzakirələrə müünasibəttini bildirib: "15 raund döyüşmək idmançıların sağlamlığı üçün zərərlidir. Hətta peşəkar boksçular 12 raund mübarizə aparmağa çətinlik çəkirlər".
Qeyd edək ki, XX əsrin 70-80-ci illərində peşəkar boks döyüşləri 15 raunddan ibarət idi. Sonra təşkilatçılar raundların sayını 12-ə saldılar.