"Williams" pilotu Corc Rassell "Formula 1" üzrə virtual Azərbaycan Qran-prisinin qalibi olub.

Offsideplus.az xəbər verir ki, britaniyalı sürücü poul-pozişndə birinci yeri tutduqdan sonra ardıcıl üçüncü dəfə inamlı qələbə qazanıb.

"Red Bull" pilotu Aleksander Albon ikinci, "Mercedes"dən Esteban Qutyerres üçüncü yeri tutub.

"Ferrari" pilotu Şarl Lekler isə bir neçə dəfə qəzaya düşüb və yekunda 14-cü olub. O, ilk belə hadisə ilə 2019-cu il Azərbaycan Qran-prisindəki kimi, eyni döngədə üzləşib. Monakolu sürücü komanda yoldaşı Entso Fittipaldi ilə toqquşub.