Niderland I ivizionunda 21-ci turdan təxirə salınmış oyunlar keçirilib.

Offsideplus.az xəbər verir ki, “Eyndhoven” səfərdə “Roda” ilə qarşılaşıb. Qarşılaşmada qonaqlar qələbə qazanıb – 0:3.

Millimizin üzvü Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub və 90 dəqiqə oynayıb. O, 61-ci dəqiqədə sarı vərəqə də alıb.

“Eyndhoven” hazırda 30 xalla 20 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.