"Ayaks" klubu baş məşqçisi Moris Steynlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, komandanın zəif göstəricilərinə görə klub 50 yaşlı mütəxəssislə vidalaşıb. Tərəflər arasında qarşılıqlı razılıq yolu ilə müqaviləyə xitam verilib.
Komanda hazırda turnir cədvəlində 18 komanda arasında 17-ci yerdədir.
Klub 2023-cü ilin yayında Moris Steynlə üç illik müqavilə imzalamışdı.