Millimizin futbolçusunun qardaşı Hollandiyada ayın oyunçusu adına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, Orkun Kökcü mart ayının ən yaxşı oyunçusu seçilib. 20 yaşlı futbolçu cari mövsümdə "Feyenoord" formasında meydana çıxdığı 24 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmənin müəllifi olub.
Qeyd edək ki, Orkun U-21-in millimizin üzvü və müqavilə ilə "Sabah"a məxsus olub, Hollandiya "Telstar"ında oynayan Ozan Can Kökcünün kiçik qardaşıdır.