“Ayaks” klubu koronavirus pandemiyası səbəbindən Donni van de Beeki satmağa qərar verib.

Offsideplus.az “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki,  "Ayaks” klubda yarana biləcək maliyyə böhranını tənzimləmək üçün futbolçunu "Real Madrid"ə satmaq istəyir.

“Ayaks”ın yetirməsi olan 22 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Donninin transfer qiyməti 44 milyon avrodur.