“Feyenoord”da forma geyinən hollandiyalı futbolçu Robin Van Persi ölkəsində mükafata layiq görülüb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı futbolçu Hollandiyanın idman mətbuatı tərəfindən hər il verilən “İlin idman şəxsiyyəti” mükafatını qazanıb.
Klubdan verilən açıqlamada, Van Persinin xüsusilə, keçən il “Feyenoord”a transfer olunduqdan sonra mətbuatla əlaqə və idman jurnalistləri ilə görüşlərdə sərgilədiyi davranış üçün bu mükafata layiq görüldüyü qeyd olunur. Aldığı mükafatla bağlı danışan hollandiyalı futbolçu, bunları deyib:
“Mətbuatla münasibətimdə enişli-çıxışlı dövrlər oldu. Əvvəllər düzgün qərar verməkdə çətinlik çəkirdim, amma indi təcrübəliyəm və bu məsələlərdə daha düzgün davranıram. Mətbuata hörmətim qarşılıqlıdır, bu da mükafatı daha xüsusi edir”.