FİFA prezidenti Canni İnfantino DÇ-2022-nin final mərhələsində iştirak edəcək komandalarının mümkün artımından danışıb.
Offsideplus.az xəbər verir ki, İnfantino Qətərdə keçiriləcək mundialda komandaların sayının 32-dən 48-ə yüksəldilə biləcəyini deyib:
"Dünya çempionatında komandaların sayının 32-dən 48-ə yüksəldilməsinə qərar vermişik. Yenilik 2026-cı ildə olacaq. Amma biz bunun 2022-ci ildə tətbiqinə baxarıq. Əgər bunu həyata keçirmək mümkündürsə, niyə də olmasın? Biz artıq qətərli dostlarımızla və regionun digər nümayənədləri ilə məsələni müzakirə edirik. Ümid edirəm ki, bu ideyanı həyata keçirməyi bacaracağıq".