İran və BƏƏ yığmaları arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda böyük pauza yaranıb.
Offsideplus.az xəbə verir ki, Tehranda gerçəkləşən matçın birinci hissəsində baş hakim qəflətən oyunu dayandırıb, komandaları paltardəyişmə otağına yollayıb.
İran mətbuatının yazdığına görə, qarşılaşmada uzun fasilənin yaranmasına texniki nasazlıq, daha doğrusu VAR sisteminin işində yaranan problem səbəb olub.
Nəticədə birinci hissəyə 29 dəqiqə əlavə edilib. İran yığması 45+27-ci dəqiqədə hesabı açıb. İkinci hissədə də 1 qol vuran meydan sahibləri seçmə mərhələdə 7-ci turda 6-cı qələbələrini qazanıblar. Xalını 19-a çatdıran İran komandası faktiki olaraq, dünya çempionatının final mərhələsinə vəsiqəni özünə təmin edib.
BU DA MARAQLIDIR: