Rusiyada keçirilən dünya çempionatının  gəlirləri açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, yarışın Təşkilat Komitəsinin hesabatında DÇ-2018-in ölkə iqtisadiyyatına  952 milyard rubl (təqribən, 14,6 milyard dollar) gəlir gətirdiyi qeyd olunub. Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard (təqribən 8 milyard dollar) rubl sərf edib. 

Rusiyada keçirilən mundialda Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edilib.