Bu yay Rusiyada keçirilən mundialda əldə edilən gəlirlər məlum olub.
Offsideplus.az xəbər verir ki, çempionatın Təşkilat Komitəsinin hesabatında DÇ-2018-in ölkə iqtisadiyyatına 952 milyard rubl (təqribən, 14,6 milyard dollar) gəlir gətirdiyi qeyd olunub. Rusiya dünya çempionatının təşkilinə isə 688 milyard (təqribən 8 milyard dollar) rubl sərf edib.
Bu isə o deməkdir ki, Rusiydakı mundialda Braziliya, Cənubi Afrika Respublikası (CAR), Almaniya və Cənubi Koreyadakı dünya çempionatlarından daha çox gəlir əldə edilib.