2025-ci ildən etibarən Klub Dünya Kuboku 32 komandanın mübarizə aparacağı yeni formatda oynanılacaq.

Offsideplus.az xəbər verir ki, turnir 2025-ci il 15 iyun - 13 iyul tarixlərində ilk dəfə ABŞ-də baş tutacaq. 32 klub 4 komandadan ibarət 8 qrupa bölünəcək və qrupunu ilk iki yerdə bitirən komandalar növbəti mərhələyə yüksələcəklər. 

Kristiano Ronaldonun çıxış etdiyi "Əl Nəsr" cari mövsüm Asiya Çempionlar Liqasının qalibi olmalıdır ki, 2025-ci ildə Dünya Kubokunda mübarizə apara bilsin. 

Qeyd edək ki, portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanı klubu ilə müqaviləsinin müddəti 2025-ci ilin 30 iyun tarixində başa çatacaq.