Avstraliya və Yeni Zelandiyada keçirilən dünya çempionatında ilk yaşanıb.
Offsideplus.az xəbər verir ki, Mərakeş millisinin futbolçusu Nuhayla Benzina dünya çempionatında oynayan ilk hicablı qadın olub. O, Cənubi Koreyaya 1:0 hesabı ilə qalib gəldikləri oyunda Benzina start heyətdə çıxıb. Futbolçu meydana başıörtülü daxil olub.
Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) 2007-ci ildən tətbiq edilən hicab qadağasını 2014-cü ildə ləğv edib.