Kamerun yığma komandasının üzvü Andre Onana milli karyerasını bitirdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, sosial şəbəkə hesabında paylaşım edən qapıçı 26 yaşında Kamerun milli komandasını tərk etdiyini bildirib.
Qeyd edək ki, DÇ-2022-nin qrup mərhələsinin İsveçrəyə qarşı ilk matçda (0:1) yaxşı performans göstərsə də, 26 yaşlı qolkiper növbəti oyunlarda baş məşqçi ilə arasında baş verən anlaşmazlığa görə heyətdən çıxarılmışdı. Baş verənlərdən sonra Onana Qətəri tərk edib və qayıtmayıb.