Mərakeş yığması DÇ-2022-nin üçüncülük matçında Xorvatiya ilə qarşılaşacaq.

Offsideplus.az xəbər verir ki, Afrika təmsilçisi bu görüşə ciddi itki ilə çıxacaq. Müdafiəçi Romen Saiss zədə səbəbindən vacib oyunda komandasına kömək edə bilməyəcək. Bu barədə "L'Equipe" məlumat yayıb.

Yığmanın kapitanı yarımfinalın Fransa ilə qarşılaşmasında (0:2) zədələnərək meydanı tərk etmişdi.

 Xorvatiya - Mərakeş qarşılaşması 17 dekabr tarixində, Bakı vaxtilə saat 19:00-da baş tutacaq.