FİFA prezidenti Canni İnfantino Qətərdə təşkil olunan DÇ-2022 haqda danışıb.

Offsideplus.az xəbər verir ki, o, qurumun rəsmi saytına açıqlamasında turniri yüksək qiymətləndirib: "Bu, tarixin ən yaxşısıdır. Futbol sülh və dostluq ruhunu birləşdirərək özünəməxsus toplanma gücü yaratdı".

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-də start götürüb və dekabrın 18-dək davam edəcək. Turnirin finalında Argentina Fransa ilə qarşılaşacaq.