Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında sonuncu oyununa çıxacağını bildirib.
Offsideplus.az xəbər verir ki, 35 yaşlı hücumçu Qətərdə keçirilən mundialın finalının onun millidə son matçı olacağını deyib:
“Buna nail ola bildiyim üçün çox şadam. Finalda son oyunumu keçirməklə dünya çempionatlarında çıxışlarımı tamamlayacağam”.
Qeyd edək ki, yarımfinalda Xorvatiyanı 3 cavabsız qolla məğlub edən Argentina finalda Fransa - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.