Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Polşa yığmasını çalışdırmaq istəyir.
Offsideplus.az “Sport.pl”yə istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis Polşa Futbol Assosiasiyasına (PZPN) namizədliyini təklif edib. İtaliyalı baş məşqçi PZPN-lə danışıqlara başlamağa hazırdır.
PZPN hazırkı baş məşqçi Çeslav Mixneviçlə müddəti ilin sonunadək başa çatacaq müqavilənin yeniləmənməyəcəyini açıqlayıb.
Xatırladaq ki, Canni De Byazi 2018-ci ildə Polşa yığmasını çalışdırmaq təklifi alsa da, PZPN-in həmin vaxtkı prezidenti Zbiqnyev Bonek son anda qərarını dəyişib.
Qeyd edək ki, Polşa yığma komandası Dünya Kubokunun 1/8 finalında Fransaya 1:3 hesabı ilə məğlub olaraq mundialla vidalaşıb. De Byazi ötən ay AFFA ilə müqaviləsinin müddətini 2023-cü ilin noyabrına qədər uzadıb.