Braziliya Futbol Federasiyası DÇ-2022-nin 1/4 finalında Xorvatiyaya məğlub olandan sonra yığma komandadan ayrılan Titeni əvəzləyəcək baş məşqçi axtarışındadır.

Offsideplus.az xəbər verir ki, federasiya rəhbərliyi Pep Qvardiola, Karlo Ançelotti, həmçinin "Fənərbağça"nın baş məşqçisi Jorje Jesusla maraqlanır. 

Braziliyalı əfsanə Ronaldo "Mançester Siti"nin çalışdırıcısı barədə bu sözləri deyib: "Bəli, Qvardiolanı istəyirdilər. Komandası ilə görüş baş tutub. Pep "Mançester Siti" ilə müqaviləsini yeniləməyi seçdi".

"Yekədiş" Jorje Jesus, Sezar Sampaoli, Dorival Junior, Mano Menezes kimi baş məşqçilər haqda verilən sualı belə cavablandırıb: "Bütün bu adlara hörmət edirəm. Hamısı dünya üzərində tanınmış adlardır. Lakin mənim namizədim Fernando Dinizdir. Çox yaxşı futbol oynadan, şou izlətdirən baş məşqçidir. Məncə, Diniz möhtəşəm bir baş məşqçi olacaq".

Qeyd edək ki, Jorje Jesusun "Fənərbağça" ilə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır.