Xorvatiya millisinin kapitanı Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya qarşı keçirəcəkləri oyunla fikirlərini bildirib.
Offsideplus.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Lionel Messini saxlamağın çətin olacaqğını söyləyib:
"Təbii ki, Messi əla oyunçudur. Onu dayandırmaq bizim üçün çox çətin olacaq. Amma biz hazırıq və əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, sabah keçiriləcək Argentina - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.