DÇ-2022-nin 1/4 finalında keçirilən Niderland – Argentina oyununun (əsas və əlavə vaxt 2:2, penaltilər - 3:4) baş hakimi Mateus Laos bu mundialda bir daha təyinat almayacaq.
Offsideplus.az xəbər verir ki, buna səbəb ispaniyalı referinin sözügedən matçı zəif idarə etməsidir. Bununla bağlı FIFA Hakimlər Komitəsi qərar verib. Bu barədə COPE məlumat yayıb.
Xatırladaq ki, Laosun verdiyi qərarlar futbolçular arasında gərginliyə səbəb olub. O, bu matçda 17 futbolçuya sarı vərəqə göstərib.
Qeyd edək ki, FIFA adıçəkilən qarşılaşmanın ardından futbolçuların intizamsız davranışına görə Argentina Futbol Assosiasiyasına, eləcə də baş hakimin ünvanına tənqidi fikirlər səsləndirdiyi üçün futbolçular - Lionel Messi və Emiliano Martinesə qarşı intizam işi açıb.