Qətərdə keçirilən DÇ-2022-ni işıqlandıran daha bir jurnalist dünyasını dəyişib.

Offsideplus.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Al Kass" televiziyasının fotomüxbiri Xalid əl-Mislam vəfat edib. Onun ölümün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, bu, Qətərdə keçirilən dünya çempionatında ilk belə hal deyil. Bundan əvvəl CBS telekanalının amerikalı jurnalisti  Qrant Uol dekabrın 10-da Niderland və Argentina arasında keçirilən 1/4 final matçında dünyasını dəyişib.